Son dəqiqə

Türkiyə limanları

Adana hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin avqust ayında Türkiyənin Adana Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 3 milyon 120 min 925 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyon 508 min 755 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 612 min 170 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 32 min 37 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 23 min 247 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz artaraq, 8 min 790 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 6 faiz azalaraq, 29 min 621 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz azalaraq, 24 min 754, beynəlxalq reyslər üzrə isə 9 faiz azalaraq 4 min 867 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər