Bakı, TurkicWorld
Azərbaycan və TikTok məzmunun monetizasiyası prosesinin vergiləşdirilməsi məsələsində danışıqları yekunlaşdırır
TurkicWorld xəbər verir ki, bu barədə "4SIM Azerbaijan"-in baş icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumunun "Metavers və rəqəmsal iqtisadiyyata dalış " panel müzakirəsi çərçivəsində jurnalistlərə bildirib.
"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmaq və onu yeni səviyyəyə qaldırmaq üçün vasitələr və infrastrukturu təqdim etməklə fəal şəkildə çalışır. Dövlət öz strateji məqsədlərini açıq şəkildə müəyyənləşdirib, bunlara yalnız kiçik və orta müəssisələrin (KOM) təhsili və dəstəyi deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik və müxtəlif təşkilatları inteqrasiya edən ödəmə sistemləri mühüm rol oynayır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu rəqəmsal transformasiyanın əsas elementi KYC (Know Your Customer – Müştəriyi Tanı) və rəqəmsal identifikasiya sistemlərinin tətbiqi olub ki, bu da vətəndaşların və biznesin dövlətlə əlaqələrini asanlaşdırır.
"Azərbaycanda rəqəmsal hökumət sahəsində əhəmiyyətli irəliləyiş əldə olunub: hər bir vətəndaşın şəxsi kabineti var ki, bu da onlayn ödənişləri asanlaşdırır. Yaxın dövrlərdə həyata keçirilmiş qanunvericilik dəyişiklikləri rəqəmsal şəxsiyyət vəsiqəsi əsasında bank hesablarının açılmasına imkan verir ki, bu da prosesi daha sadə və sürətli edir. Artıq 5 ildən çoxdur ki, hökumət vətəndaşların razılığı ilə banklar və bizneslə məlumat paylaşır, bu da bank sektoru üzrə innovasiyaları sürətləndirib. Banklar indi müştəri xidmətlərini dörd dəfə azaldaraq yeni mobil həllər təklif edə bilirlər", - o vurğulayıb.
Cəfərov bildirib ki, Azərbaycan e-tenderlər və viza platformalarını, həmçinin fintex sahəsində maliyyə həllərini fəal şəkildə inkişaf etdirir və bu, pərakəndə ticarət və KOM-lar üçün yeni imkanlar yaradır.
"1200-dən çox kiçik və orta müəssisəyə ERP sistemləri və bulud həlləri təqdim etməyi planlaşdırırıq, bu da biznesin sürətli rəqəmsallaşmasına və fəaliyyətini həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda genişləndirməsinə imkan verəcək", – o əlavə edib.
Onun sözlərinə görə, hökumət kriptovalyuta vasitəsilə qazanc əldə edənlər üçün yeni vergi qaydalarını hazırlayır.