Bakı, TurkicWorld
Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Çinə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalaraq 11,3 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin iyun ayında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 83,6 faiz azalaraq, 468 min dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.
“2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.