Bakı, TurkicWorld
COP29-la bağlı işlər intensiv surətdə aparılır.
TurkicWorld xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "COP29-la bağlı beynəlxalq təşəbbüslər" müsabiqəsi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, iqlim dəyişmələri çox mürəkkəb prosesdir.
"Son illər bu məsələ böyük bir problemə çevrilib. Hazırda COP29-a hazırlıq intensiv davam edir",- deyə o qeyd edib.