Bakı, TurkicWorld
Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 251,9 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin iyun ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faiz azalaraq, 37,7 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.
“2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.