Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

Yanvar-iyun aylarında Türkiyənin Qırğızıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 9,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin iyun ayında Türkiyənin Qırğızıstana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 25,6 faiz azalaraq, 1,5 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıraraq 15,8 milyard dolları ötüb.

“2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azalaraq, 2,2 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər