Şəhid ailələri və qazilərə 43 mindən artıq sosial xidmət göstərilib

Şəhid ailələri və qazilərə 43 mindən artıq sosial xidmət göstərilib

Postmüharibə dövründə 35 mindən artıq vətəndaşa, yəni müharibədə yaralananlara, şəhid ailələri və müharibə iştirakçılarına 43 mindən artıq sosial xidmət göstərilib.

TurkicWorld-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, onlardan yalnız 15 mindən artığı sosial ödənişlərlə bağlı olub: “Növbəti il həyata keçiriləcək artımlar bu kontingenti də əhatə edəcək”, - nazir müavini deyib.