Azərbaycanda inklüziv sahibkarlığın genişləndirilməsi gözlənilir – Agentlik

Azərbaycanda inklüziv sahibkarlığın genişləndirilməsi gözlənilir – Agentlik

Azərbaycanda inklüziv sahibkarlığın genişləndirilməsi gözlənilir.

TurkicWorld-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.

"Gənclər bütün dünyada olduğu kimi, Azərbaycanda da sahibkarlığın inkişafının aparıcı qüvvəsidir. Ölkəmizdə yüzlərlə şəxs sahibkarlıq fəaliyyəti üçün qeydiyyatdan keçir. Agentlik gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması üçün proqramlar reallaşdırır. Sahibkarlar üçün müxtəlif layihələr və mərkəzlər yaradılır. Yekunda biz inklüziv sahibkarlığın genişlənməsini gözləyirik", - deyə o, bildirib.

Onun sözlərinə görə, agentlik həmçinin öz fəaliyyətinin rəqəmsallaşdırılması üçün işlər aparır.

"Bu vətəndaşlarla strukturumuz arasında operativ əlaqəni təmin edəcək. Bundan başqa, hər hası çətinlik olmadan bu və ya digər innovasiya ilə inteqrasiyaya hazır olacaq infrastruktur yaradılır", - M.Abbasbəyli deyib.