Yanvar ayında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı açıqlanıb (ÖZƏL)

Yanvar ayında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 52 daşınmaz əmlak satın alıblar ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə əmlak satışları 2023-cü ilə nəzərən 17,8 faiz azalaraq 80 min 308 olub.

2024-cü ilin yanvar ayında əcnəbi vətəndaşlara satılan əmlakların sayı 2023-cü illə müqayisədə 50,5 faiz azalaraq 2 min 61 olub.

X: Lamanasadli01