Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin Qırğızıstana avtomobil sənayesi məhsulları ixracı 25 milyon dollara çatıb (ÖZƏL)

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin Qırğızıstana avtomobil sənayesi məhsulları ixracı 25 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qırğızıstana avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33 faiz artıraraq 25,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"2023-cü ilin dekabr ayında Türkiyə Qırğızıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 15,7 faiz artıraraq 1,9 milyon dollara çatdırıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01