Azərbaycanda mobil rabitə sektoru yeni inkişaf səviyyəsinə çıxıb - Rəşad Nəbiyev

Azərbaycanda mobil rabitə sektoru yeni inkişaf səviyyəsinə çıxıb - Rəşad Nəbiyev

Bakı. TurkicWorld:

Azərbaycanda mobil rabitə sektoru yeni inkişaf səviyyəsinə çıxıb.

TurkicWorld çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədə mobil rabitə sektoru yüksək sürətlə inkişaf etməkdədir.

"Mobil rabitənin inkişafı üçün dayanıqlı infrastruktur yaratmaq, savadlı mütəxəssislər, həmçinin kibertəhlükəsizlik mexanizmləri lazımdır. Dünyada hər 10 nəfərdən 4-ü mobil internet istifadəçisi deyil. Biz Azərbaycanda genişzolaqlı şəbəkə infrastrukturuna investisiya qoymağa davam edirik və 2024-cü ilədək bütün ölkəni internetlə əhatə edəcəyik. Həmçinin Mərkəzi Asiyadan interneti Avropa ilə birləşdirəcək layihə üzərində işləyirik", - o deyib.

Nazir Azərbaycanda kibertəhlükəsizlik üzrə kadrların təliminə ehtiyac olduğunu və İsraillə tərəfdaşlıq çərçivəsində bu istiqamətdə işlərin aparıldığını bildirib.

"Azəraycanda tezliklərin yetərsiz sayda olduğu və düzgün istifadə olunmadığı aşkarlanıb. Biz bu gün bur problemi aradan qaldırdıq və sektor sürətlə inkişaf etməkdədir. Bu sektoru tənzimləyə, investisiyalar qoymağa və zamanla ayaqlaşmağa davam edəcəyik", - deyə o əlavə edib.