Son dəqiqə

Ermənistan zəlzələ

Ermənistanda baş verən zəlzələ dağıntılara səbəb olub

Bakı. TurkicWorld

Avqustun 12-də Ermənistanın Qeqarkuniks rayonunun Eranos kəndində baş vermiş zəlzələ dağıntılara səbəb olub.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində təkcə köhnə tikililər deyil, yeni inşa olunmuş bəzi binaların divarları uçub, bəzilərində isə çatlar əmələ gəlib.

Bildirilir ki, hökumət komissiyası ərazidə vəziyyəti öyrənir, qiymtləndirmə aparılır.

Qeyd edək ki, avqustun 12-də gecə saatlarında Ermənistanda 4,2 bal gücündə zəlzələ baş verib. Episentrdə zəlzələnin gücü 6 bal olub. Yeraltı təkanlar Qeqarkuniks rayonunda 5 bal, Kotayk rayonu ərazisində 4 bal, İrəvanda isə 2-3 bal gücündə qeydə alınıb.

Əhali arasında daha güclü zəlzələnin baş verəcəyi barədə məlumat yayılıb. Lakin mütəxəssislər daha güclü zəlzələnin baş verməsi ehtimalının az olduğunu bildirirlər.

Mövzuya görə xəbərlər