İsrail ordusu 150 fələstinlini sərbəst buraxıb

İsrail ordusu 150 fələstinlini sərbəst buraxıb

Bakı,TurkicWorld

İsrail ordusu Qəzza zolağına işğalı zamanı saxlanılan 150 fələstinlini sərbəst buraxıb.

TurkicWorld xəbər verir ki, Fələstinlilərin təxliyyəsi Qəzza zolağının şərqindəki Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısı vasitəsilə həyata keçirilib.

Sərbəst buraxılanlar arasında Qəzzanın cənubundakı Xan Yunis şəhərində 50 gün əvvəl saxlanılan iki Fələstin Qızıl Aypara işçisi də var.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.