İsrail Hizbullah içinə nüfuz edə bilib?

İsrail Hizbullah içinə nüfuz edə bilib?

Bakı,TurkicWorld

HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan və Livanın cənubunda Hizbullah ilə İsrail arasında toqquşmaların başlamasından sonra əksər müşahidəçilər 2006-cı ilin iyunundaki müharibəyə bənzər bir ssenari gözləyirdilər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, gözlənilənlərin əksinə olaraq,İsrail hərbi infrastrukturu hədəf almaqla yanaşı, təhlükəsiz müharibə variant kimi, Hizbullah və HƏMAS liderlərinin təqibinə və öldürülməsini hədəfləyən üsul seçdi.

İsrailin dəqiq hücümlarla havadan Hizbullah və HƏMAS Hərəkatı liderlərinin hərəkət etdiyi nəqliyyat vasitələrini hədəfə alması istifadə edilən silahlarla bağlı müzakirələrə səbəb olub.

Livanlı təhlükəsizlik rəsmisi deyib ki, İsrailin bu cür dəqiq əməliyyatlar keçirməsinin iki əsas səbəbi var.
Mənbənin sözlərinə görə, bunlardan birincisi İsrailin Hizbullahın təşkilati strukturuna nüfuz etməsi və təşkilat rəhbərlərini izləyə bilməsi, ikincisi isə Livanda pilotsuz uçuş aparatlarını (PUA) aşkar edib zərərsizləşdirə biləcək hava hücumundan müdafiə sisteminin olmamasıdır.

Mənbə qeyd edib ki, İsrailin F-16 təyyarələri böyüklüyündə olan, 45 min fut yüksəklikdə uça bilən və təxminən 36 saat havada qala bilən böyük bir İHA donanmasına sahibdir.
“Bununla belə, İsrail çox kiçik dronlarda da istifadə edi bilir.İsrail tərəfindən hərbi məqsədlərlə istifadə edilən dronların bəzisi sırt çantasında daşına biləcək qədər kişikdir . Bu dronlar, 5000 fut hündürlükdə uça, müşahidə, kəşfiyyat və hava hücumları kimi tapşırıqları yerinə yetirə bilir” deyə livanlı mənbə bildirib.

İsrail bu texnologiyalardan Qəzzada döyüş və casusluq missiyaları və kompleks bombardmanlar və hədəflər üçün istifadə edir.
Sui-qəsdlərdə və maşınları hədəf alan raketlərin GBU-12 beş istiqamətli lazer idarə olunan raketlər və ya JDAM raketləri olduğu düşünülür. Bu iki raket modeli ümumiyyətlə mövqeləri hədəf almaq, hücumlar və həmçinin sui-qəsdlər və müəyyən əməliyyatlar həyata keçirmək üçün istifadə olunur. Digər tərəfdən hücumlarda Hellfire raketlərindən də istifadə oluna biləcəyi təxmin edilir.
Livan ordusundan istefada olan briqada generalı Maroun Hitti iki növ İHA olduğunu, bunlardan birinin müşahidə, casusluq və hədəf yoxlama missiyaları üçün istifadə edildiyini, həmçinin tank əleyhinə idarə olunan raketlər, iri bombalar və uça bilən kvadrokopter ağıllı bombalar olduğunu bildirib.
İHA ideyasının keçən əsrə gedib çıxdığını bildirən istefada olan briqada generalı Hitti, 1973-cü ilin oktyabrında Yom Kippur müharibəsi zamanı (1973 İsrail-Ərəb müharibəsi) İsrailin Misirin RƏM ( Raket Əleyhinə müdafiə) Sistemini aşkarlanmaq üçün primitiv dronların versiyalarından istifadə etdiyini söyləyib.

“Misirdə olan 6 zenit-raket radarı və hava hücumundan müdafiə sistemini sındırmaq və sursat ehtiyatını tükətmək üçün İsrail dronlardan istifadə edirdi. Misirin RƏM sistemi bu dronlara qarşı işə düşür İsrail odusu isə bu sistemləri məhv edirdi. Bu üsulla İsrail hava üstünlüyü əldə etdi və müharibənin gedişatını dəyişdi. Eyni üsul 1982-ci ildə İsrailin Livana hücumu zamanı Suriyanın hava hücumundan müdafiə sistemini yarmaq üçün istifadə edilib”-deyə o bildirib.

İsrailin Hermes 450 model PUA-larının Hizbullah hədəflərini vurmaq və liderlərini öldürmək üçün istifadə edildiyini ifadə edən təqaüdçü briqada generalı Hitti, uzun missiyalar üçün nəzərdə tutulmuş və 20 saatdan çox havada qala bilən çoxməqsədli Hermes 450 PUA-nın, ilkin olaraq kəşfiyyat, müşahidə üçün istifadə olunduğunu qeyd edib. Hitti,Hermes 450 PUA-nın rabitə ötürülməsi kimi vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulduğunu və daha sonra 180 kiloqramdan çox olmayan müxtəlif növ raket və bombalarla təchiz olunduğunu bildirib.

O, İsrailin hazırda istifadə etdiyi raketlər arasında ABŞ istehsalı olan və fərqli hədəfləri vurmaq üçün müxtəlif platformalardan buraxıla bilən “Hellfire” idarə olunan raketin də olduğunu açıqlayıb.
ABŞ-ın 3 yanvar 2020-ci ildə Bağdadda İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Korpusunun komandanı Qasım Süleymanini hədəf almaq üçün bu raketlərdən istifadə etdiyinə diqqət çəkən Hitti, HƏMAS lideri Salih əl-Arurinin Lİvanda sui-qəsdi zamanı bu “Hellfire” raketindən sitifadə olunduğunu bildirib.
“Hellfire” raketlərinin on növü olduğunu və hər birinin özünəməxsus istifadə sahəsinin olduğunu bildirən Hitti, bu raketlərinin müəyyən bir nöqtəni hədəf alması və ətraf mühitə ciddi ziyan vurmaması kimi üstünlüyə malik olduğunu vurğulayıb. Hitti qeyd edib ki, ABŞ İsrailə bu cür raketlər verib və bu raketlər Hermes 450 PUA-larında istifadə edilir.