İraq Türkiyəyə qarşı, Fransa texnikası ilə güclənməyə çalışır

İraq Türkiyəyə qarşı, Fransa texnikası ilə güclənməyə çalışır

Bakı,TurkicWorld

İraq hava hücumundan müdafiəsini Fransanın texnikası ilə gücləndirməyə çalışır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Fransa İraqa 4 ədəd uzun mənzilli GM403 radar aşkarlama avadanlığı (DER), həmçinin 14 ədəd qısa mənzilli GM200 ER tədarük edəcək.

Bundan əlavə, fransızlar İraqda Bağdad, Divaniyyə, Neynəva və Kərkük əyalətlərinə 160 milyon avroluq avadanlıq və müvafiq infrastruktur göndəriblər.

Qeyd edək ki, İraqın hazırkı hava hücumundan müdafiəsi acınacaqlı vəziyyətdədir və hava məkanını işğal edən “düşmən” təyyarələrinə faktiki olaraq tab gətirə bilmir. Bir çox iraqlı ekspert hesab edir ki, Fransa istehsalı hava hücumundan müdafiəsinin alınması davamlçı olaraq İraq hgava mıkanınl istifadə edərək PKK terror təşkilatına qarşı mübarizə aparan Türkiyə HHQ-yə qarşı istifadə ediləcək.

Məlumat üçün bildirək ki, 1991-ci ildə İraq orudusu , ABŞ-ın başçılıq etdiyi 39 dövlətdən ibarət koalisiya arasında Körfəz müharibəsi öncəsi dünhyanın nüvə silahı olmayan ölkələri arasında ən güclü orduya sahib idi.

Amma nədənsə İraq ağır texnika itkiləri ilə uduzdu…

Fakt budur ki, Səddam Hüseynin ordusu hava hücumundan müdafiə istisna olmaqla, sovet və qismən də Çin texnikası ilə tam təchiz olunmuşdu.Hava hücumundan müdafiənin əksəriyyəti Fransız hava hücumundan müdafiə sistemləri, elektron müharibə və aşkarlama radarlarından ibarət idi.
Məlumat üçün bildirək ki, sabiq İraq lideri Səddam Hüseynin Fransanın baş naziri Jak Şirakla yaxşı şəxsi münasibətləri var idi; 70-ci illərdə İraq lideri Parisə səfər etmiş və Fransanın təyyarə istehsalı, nüvə enerjisi və hava hücumundan müdafiə sahəsində uğurlarına heyran olmuşdu.

Səddam Fransada Hava Hücumundan Müdafiə, bəzi təyyarələr və hətta nüvə reaktorları almağa qərar verdi. İraq siyasi analitiklər hesab edirlər ki, bu addım Səddam Hüseynin ən böyük səhvi idi.

Körfəz Müharibəsi başlayanda Fransa İraqa qarşı döyüşənlər arasında idi, bu da öz növbəsində İraqın Fransız hava hücumundan müdafiə seqmentini blok etmısi ilə nəticələndi.

Məhz Fransa iraqlıları hava hücumundan müdafiə vasitələrinin çoxundan məhrum etdi.