İƏT İslamofobiyaya qarşı həmrəyliyə çağırır

İƏT İslamofobiyaya qarşı həmrəyliyə çağırır

Bakı,TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha artan İslamofobiya təhlükəsinə qarşı qlobal birliyin zəruriliyini vurğulayıb. AzerVoice xəbər verir ki, o dini nifrət və fanatizmdən qaynaqlanan zorakılıq, təqib və hədə-qorxu aktlarını pisləyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , “ Bütün aidiyyəti tərəfləri dinlər arasında dinc yaşayışa xələl gətirən şər qüvvələrə qarşı konkret addımlar atmağa çağırıram”-deyə o bildirib.

Taha BMT Baş Assambleyasının 2022-ci il martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul etdiyi qətnaməni alqışlayıb. O, bunu dini təhrik, ayrı-seçkilik və zorakılıqla mübarizədə mühüm addım adlandırıb.

Taha beynəlxalq ictimaiyyəti güclərini birləşdirməyə və islamofobiyaya qarşı konkret addımlar atmağa çağırıb.
O, daha dinc dünya qurmaq üçün tolerantlığın, anlaşmanın və dinlərarası harmoniyanın təşviq edilməsinin vacibliyini vurğulayıb.