İƏT baş katibi Azərbaycanı təbrik etdi

İƏT baş katibi Azərbaycanı təbrik etdi

Bakı. TurkicWorld:

Azərbaycanı suverenliyini bərpa etməsi ilə bağlı təbrik edirəm.

TurkicWorld xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

"İƏT baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm", - deyə o qeyd edib.

Konfransın əhəmiyyətindən bəhs edən baş katib bu konfransın İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsət olduğunu bildirib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatıana (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.