Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır - Peskov

Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır - Peskov

Bakı. TurkicWorld:

Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Kremlin rəsmi sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı danışarkən deyib.

"Səfər zamanı Türkiyədə qaz mərkəzinin yaradılmasına dair yol xəritəsi, Rusiya ilə Türkiyə arasında ortaq bankın yaradılması kimi məsələlər müzakirə ediləcək. Türkiyə ilə Rusiya arasındakı ticari və iqtisadi əlaqələrin bütün elementləri danışılacaq. Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır. Bu əlaqələrin bütün detalları gündəmdə olacaq",- deyə o bildirib.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin 12 fevral tarixində Türkiyəyə rəsmi səfər edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_