Anqlosakslar Yaxın Şərqi böyük müharibəyə sürükləyir - Lavrov

Anqlosakslar Yaxın Şərqi böyük müharibəyə sürükləyir - Lavrov

Bakı. TurkicWorld:

Anqlosakson qüvvələr Yaxın Şərq regionunu böyük müharibənin astanasına sürükləyir.

TurkicWorld Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya" beynəlxalq sərgi-forumu çərçivəsində "Bilik" marafonunda çıxışında deyib.

Rusiyalı nazirin sözlərinə görə, Qərbin bu siyasət xətti bir qayda olaraq terrorizmin artması və milyonlarla qaçqın axını ilə nəticələnir.

"Hazırda anqlosaksların Yaxın Şərqi necə böyük müharibənin astanasına sürüklədiyini görürük. Bu siyasətin digər nəticələri terrorizm və ekstremizmin artması, məhv olmuş insan taleləri, parçalanmış ailələr və milyonlarla qaçqın axınlarıdır", - o deyib.

Bundan başqa, Lavrov ABŞ və müttəfiqlərinin metodlarının dünyanın müxtəlif regionlarında xaos toxumları əkmək, ölkələri və xalqları bir-birinə düşmən etmək, millətlərarası və dinlərarası ziddiyyətləri kəskinləşdirmək olduğunu deyib.

"Qərb öz problemlərini başqalarının hesabına həll etməyə, özgə resurslarını istismar etməyə öyrəşib", - deyə o, əlavə edib.