Küveytin ən böyük neft emalı zavodlarından birində yanğın olub

Küveytin ən böyük neft emalı zavodlarından birində yanğın olub

Bakı. TurkicWorld:

Küveytin şərqində yerləşən Mina əl-Əhmedi neft emalı zavodunda neft xətlərindən birində yanğın baş verib.

TurkicWorld-in məlumatına görə, bu barədə Küveyt Milli Neft Şirkətinin sözçüsü və yanacaq tədarükü əməliyyatları üzrə vitse-prezident Qənim əl-Uteybi Twitter hesabında açıqlama verib.

Uteybi qeyd edib ki, Mina əl-Əhmədi neft emalı zavodunda baş verən yanğına müdaxilə edilib və hadisələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Məlumat üçün bildirək ki, Mina əl-Əhmədi neft emalı zavodu gündə 466 min barel emal gücü ilə Küveytin ən qədim və ən böyük neft emalı zavodlarından biridir.

Hafiz Rufizoğlu