Özbəkistan və Serbiya gömrük sahəsində əməkdaşlıq edəcəklər

Özbəkistan və Serbiya gömrük sahəsində əməkdaşlıq edəcəklər

Bakı. TurkicWorld:

Özbəkistan və Serbiya gömrük sahəsində əməkdaşlıq edəcəklər.

TurkicWorld-un məlumatına görə, Özbəkistan-Serbiya gömrük əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı danışıqlar aparıblar və bir sıra təkliflər irəli sürülüb.

Görüş zamanı bildirilib ki, Özbəkistanın gömrük sisteminin öyrənilməsi prosesi Ümumdünya Gömrük Təşkilatının verdiyi tövsiyələr əsasında keçirilir.

İki ölkə arasında gömrük işinin, Gömrük Təşkilatı tərəfindən tövsiyə edilən təcrübələrə uyğunlaşdırılmasının zəruriliyi nəzərə alınaraq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş layihəsinin hazırlanması və imzalanmasının zəruriliyi vurğulanıb.

Bu sənədin imzalanması Özbəkistan və Serbiya arasında gömrük işi sahəsində əməkdaşlığın qurulmasına və aktivləşdirilməsinə, gömrük yoxlamasında istifadə olunan texnologiyaların təkmilləşdirilməsinə, qabaqcıl praktiki təcrübə mübadiləsinə, risklərin idarə edilməsi sahəsində əməkdaşların bacarıqlarının artırılmasına, əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Bu sənəd, hüquq-mühafizə sahəsində və ölkələr arasında mal dövriyyəsini daha da sadələşdirəcək.