Terroristlərlə əlbir olaraq ölkə idarə etmək olmaz – Ərdoğan

Terroristlərlə əlbir olaraq ölkə idarə etmək olmaz – Ərdoğan

Bakı. TurkicWorld:

Terroristlərlə əlbir olaraq ölkə idarə etmək olmaz.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinq zamanı qeyd edib.

"Ölkəni terror təşkilatları ilə birgə fəaliyyət göstərməklə idarə etmək olmaz. Ölkə terror təşkilatlarının başlarını əzməklə idarə olunur” – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, bir zamanlar terrorçuların əsas məntəqələrindən biri olan Qabar və Cudi dağları terrorçulardan tamamilə təmizlənib.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.