Azərbaycanın “İpək Yolu layihəsi”nə daxil edilməməsi utancverici haldır - Ərdoğan

Azərbaycanın “İpək Yolu layihəsi”nə daxil edilməməsi utancverici haldır - Ərdoğan

Bakı. TurkicWorld:

Azərbaycanın “İpək Yolu layihəsi”nə daxil edilməməsi utancverici haldır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə dövlət başçısı postuna namizədin və Cümhuriyyət liderinin Azərbaycanın “tarixi İpək Yolunun dirçəldilməsi” layihəsinə daxil edilməməsini “utancverici” adlandırıb.

“Kamal Kılıçdaroğlu azərbaycanlı qardaşlarımızı görməməzliyə vuraraq yenə də türk millətini rüsvay etmək niyyətindədir” - deyə Ərdoğan xüsusilə qeyd edib.

O çıxışı zamanı, Türkiyənin ABŞ və Rusiya ilə münasibətlərinə də toxunub.

“Türkiyə həm Amerika və Rusiya ilə, həm də Qərbdə bizə qarşı rəftar edənlərlə dostdur”- deyə Ərdoğan bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Twitter: @rufizoglu