Türkiyə müxalifətindən AK Partiyaya ölüm təhdidi edilib

Türkiyə müxalifətindən AK Partiyaya ölüm təhdidi edilib

Bakı. TurkicWorld:

Türkiyə müxalifətindən hakim partiya olan AK Partiya millət vəkili namizədinə ölüm təhdidi edilib.

TurkicWorld-un məlumatına görə, AK Partiya Adana millət vəkili namizədi Fatimə Yurduseven HDP tərəfdarlarının ölüm təhdidlərinə məruz qalıb.

Hadisə Yurdusevenin Türkiyənin Adana şəhərinə ziyarəti zamanı baş verib.

Qeyd edək ki, ötən günlərdə müxalif partiya tərəfindən AK partiyalılara silahlı hücum edilib.

Xatırladaq ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Twitter: @rufizoglu