Türkiyə 21 il ərzində qazancını infrastruktur investisiyalarına xərcləyib – Ərdoğan

Türkiyə 21 il ərzində qazancını infrastruktur investisiyalarına xərcləyib – Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə 21 il ərzində qazancını infrastruktur investisiyalarına xərcləyib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnədə keçirilən mitinqdə xalqa müraciət edərkən bildirib.

“Türkiyə müasir dünyada fərqli bir yerə çatıb. İndi biz infrastruktur sərmayələrimizi böyük ölçüdə başa çatdırmışıq. Bundan sonra ölkəmizin qazanacağı əlavə dəyərin böyük bir hissəsini millətimizin rifahını yüksəldəcək fəaliyyətlərdə istifadə edəcəyik.” – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.