Tesla Türkiyədə enerji doldurma stansiyaları yaratmaq üçün lisenziya alıb

Tesla Türkiyədə enerji doldurma stansiyaları yaratmaq üçün lisenziya alıb

Bakı. TurkicWorld:

Tesla şirkəti, Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) tərəfindən ölkədə enerji doldurma stansiyaları yaratmaq icazəsi alıb.

TurkicWorld-un məlumatına görə, bu gündən etibarən Tesla da daxil olmaqla 119 şirkət aldıqları lisenziyalar çərçivəsində Türkiyə daxilində enerji stansiyaları quraraq elektrikli avtomobillərə enerji doldurma xidməti göstərmək hüququ əldə edib.

Lisenziyalı şirkətlər kimi Tesla da ölkədə quracağı enerji doldurma məntəqələrində bütün elektrikli avtomobil modellərinə xidmət göstərəcək və enerji vahidinin qiymətini (kVt/saat) enerji satışları qiymətinə uyğun olaraq müəyyən ediləcək.

Məlumat üçün qeyd edək ki, enerji doldurma stansiyasının fəaliyyət göstərməsi üçün lisenziyanın alınması yeganə yol deyil.

Enerjidoldurma məntəqəsi işlətmək istəyən fiziki şəxslər və ya şirkətlər lisenziyalı şirkətlərdən sertifikatlar alaraq enerjidoldurma məntəqəsi işlətmək imkanı əldə edə bilərlər.

Beləliklə, sertifikatlı enerji doldurma məntəqəsi operatorları proqram təminatı, zəng mərkəzi və ödəniş infrastrukturu kimi bir çox xərcləri artıran maddələrdən xilas ola bilərlər.

Xatırladaq ki, Türkiyədə ilk dəfə olaraq 12 yerdə qurulması planlaşdırılan Tesla elektrik qurğularından birincisi, Boluda Avropanın ən böyük ticarət mərkəzi olan HighWay-da quraşdırılacaq.

Twitter: @Daspina9