Tesla-nın Türkiyədəki ilk enerji stansiyaları Bolu şəhərində istifadəyə veriləcək

Tesla-nın Türkiyədəki ilk enerji stansiyaları Bolu şəhərində istifadəyə veriləcək

Bakı. TurkicWorld:

Dünyanın ən nəhəng elektrik avtomobil firmalarından biri olan Tesla-nın Türkiyədəki ilk və yeganə “Supercharger” enerji stansiyaları Boluda istifadəyə verilmək üçün hazırlanır. TurkicWorld-un məlumatına görə, Tesla markalı avtomobillər üçün səkkiz doldurma qurğusunun xidmət göstərəcəyi sürətli doldurma məntəqəsində eyni anda səkkiz avtomobil bu enerji qurğularından istifadə edə biləcək.

Türkiyədə ilk dəfə olaraq 12 yerdə qurulması planlaşdırılan Tesla elektrik qurğularından birincisi, Boluda Avropanın ən böyük ticarət mərkəzi olan HighWay-da quraşdırılacaq.

Magistral yolda yerləşən istirahət obyektində quraşdırılma işlərinə başlanan Sürətli Doldurma Stansiyalarının şəkilləri vətəndaşlar tərəfindən sosial mediada paylaşılıb.

Məlumat üçün bildirək ki, Bu stansiyaların Türkiyənin İstanbul, Bursa, Balıkəsir, İzmir, Aydın, Antalya, Konya, Ankara və Bolu şəhərlərində qurulmasının planlaşdırılır.

Qeyd edək ki, şirkətin dünyada 35 mindən çox sürətli enerji doldurma nöqtəsi var və bu məntəqələrdən 250 kVt-a qədər sürətli enerji doldurmaq mümkündür.