Qərb İsraili dayandırmalıdır - Ərdoğan

Qərb İsraili dayandırmalıdır - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hədəf alan İrana qarşı sürətli hərəkətə keçən Qərbin Qəzza ilə bağlı susmasını tənqid edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, bu barədə Tanzaniya prezidenti Samia Suluhu Həsən ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

"Biz gördük ki, Qərb dövlətləri İranın qisasına qarşı yekdil reaksiya verə bilir. Eyni aktorlar indi yekdilliklə İsrailə dayan deməlidirlər", - deyə o vurğulayıb.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 13 aprel tarixində iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

X: Lamanasadli01