Türkiyə Nazirlər Kabinetinin iclası başlayıb

Türkiyə Nazirlər Kabinetinin iclası başlayıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.

TurkicWorld xəbər verir ki, iclasın əsas mövzusu İran-İsrail arasındakı gərglinlikdir.

Məlumata əsasən, Nazirlər Kabinetinin iclasında İranın İsrailə qarşı addımından sonra bölgədə artan gərginliyi azaltmaq üçün həyata keçirilən diplomatik səylərlə bağlı qiymətləndirmə aparılacaq. Regiondakı vəziyyət və Türkiyə üçün təhlükəsizlik təhdidləri müzakirə olunacaq.

Bundan əlavə, Qəzzada dərhal atəşkəsin təmin edilməsi və fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar da müzakirə ediləcək.

İclasın digər mövzusu isə Türkiyənin terrorla mübarizə əməliyyatları və Ərdoğanın bu ay İraqın paytaxtı Bağdada edəcəyi rəsmi səfərə hazırlıq olacaq.

X: Lamanasadli01