Türkiyə qazının LNG kimi dünya bazarlarına satışa çıxarılması planlaşdırılır

Türkiyə qazının LNG kimi dünya bazarlarına satışa çıxarılması planlaşdırılır

Bakı. TurkicWorld:

31 mart bələdiyyə seçkiləri və bayramla əlaqədar təxminən 1,5 ay fasilə verən Türkiyə Böyük Millət Məclisi (TBMM) 16 aprel tarixində gərgin gündəmlə yenidən fəaliyyətə başlayacaq.

TurkicWorld xəbər verir ki, TBMM Baş Assambleyası ilk olaraq enerji sahəsində yerli istehsal və müxtəlif mənbələrdən idxal edilən, Türkiyədə mayeləşdirilən və dünya bazarlarına LNG olaraq satılan təbii qaz kimi bir çox tənzimləməni ehtiva edən qanun layihəsini müzakirə edərək həftəlik işinə başlayacaq.

Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü keçiriləcək qrup toplantısında seçkidən sonra ən əhatəli qiymətləndirməsini edəcəyi gözlənilir.

Aprelin 23-ü çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 104-cü ildönümü və Milli Suverenlik və Uşaq Bayramı ilə bağlı xüsusi iclas keçiriləcək.

Bu ilki tədbirlərə Türkiyənin ilk astronavtı Alper Gezeravcının da qatılacağı bildirilib.

X: Lamanasadli01