Antalyada kanat qəzası ilə bağlı 13 nəfər həbs olunub

Antalyada kanat qəzası ilə bağlı 13 nəfər həbs olunub

Bakı,TurkicWorld

Antalyada baş verən kanat qəzasında 13 şübhəli haqqında həbs qərarı verilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Məlumata əsasən, aralarında kanat xəttini idarə edən məsul şirkətin işçiləri də daxil olmaqla 13 şübhəli həbs olunub.

Tunç bildirib ki, istintaq çərçivəsində hadisənin səbəbini və məsul şəxslərin müəyyən edilməsi üçün bir İctimai Müdir müavininin koordinasiyasında iki əməyin mühafizəsi və təhlükəsizliyi mütəxəssisi, iki mexanizm mütəxəssisi və bir elektrik mütəxəssisindən ibarət komissiya yaradılıb.

Qeyd edək ki, Antalyanın Konyaaltı rayonunda kabinənin çökərək kanat dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Qəzadan sonra kanatda sıxışan 174 vətəndaşın xilas edilib.