Antalyada kanat qəzasından sonra insanların təxliyyəsi tamamlanıb

Antalyada kanat qəzasından sonra insanların təxliyyəsi tamamlanıb

Bakı, TurkicWorld

Antalyada baş verən kanat qəzasında 147 nəfərin təxliyyəsi tamamlanıb.

TurkicWorld xəbər verir ki, qəzadan sonra kanatda qalan sərnişinlər qrupların gərgin işindən sonra helikopterlərlə xilas edilib.

Açıqlamada bildirilib ki, bölgəyə AFAD, jandarma, polis, əsgər və yanğınsöndürmə briqadasından ibarət 543 axtarış-xilasetmə heyəti, o cümlədən 7 helikopter, 1 hərbi yük təyyarəsi, 108 maşın və 6 təcili tibbi yardım maşını ayrılıb.

Qeyd edək ki,Antalyanın Konyaaltı rayonunda kabinənin çökərək kanat dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.