Ərdoğan yeni konstitusiya ilə bağlı məlumat verəcək

Ərdoğan yeni konstitusiya ilə bağlı məlumat verəcək

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan 29 noyabr 2023-cü il tarixindən etibarən fasilə verdiyi TBMM qrup çıxışlarına aprelin 16-da başlayacaq.

TurkicWorld xəbər verir ki, Ərdoğanın Orta Müddətli Proqram və 12-ci İnkişaf Planı ətrafında aparılacaq islahatlar və yeni Konstitusiya üzərində işlərlə bağlı məlumat verməsi gözlənilir.

Bundan əlavə, Türkiyə prezidenti çıxışında daxili və xarici gündəm, seçkilər və iqtisadiyyatda izlənəcək yol xəritəsi ilə bağlı qiymətləndirmələr etməsi də gözlənilir.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

X: Lamanasadli01