Türkiyədə terror təşkilatı adından aksiyalar keçirən 340 şübhəli saxlanılıb

Türkiyədə terror təşkilatı adından aksiyalar keçirən 340 şübhəli saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Van vilayətində baş verən hadisələr başda olmaqla, 14 vilayətdə terror təşkilatı adına qanunsuz küçə aksiyaları həyata keçirən 340 şübhəli eyni vaxtda təşkil edilən “BOZDOĞAN-20” əməliyyatları ilə saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Millətimizin təhlükəsizliyi uğrunda mübarizəmiz qətiyyətlə davam edəcəkdir", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, 2 aprel tarixində Türkiyənin Van vilayətində PKK terror təşkilatı tərəfdarları təhlükəsizlik qüvvələrinə hücum edib. Etiraz aksiyası keçirən PKK tərəfdarları molotof ataraq təhlükəsizlik qüvvələrinin yerləşdiyi TOMA-nı (Sosial hadisələr üçün müdaxilə vasitəsi) yandırıblar.

X: Lamanasadli01