Ölkəmiz NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcək - Türkiyə MN

Ölkəmiz NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcək - Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyi NATO-nu yaradılmasının 75-ci ildönümünü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə X sosial media hesabında paylaşım edib.

"1952-ci ildən üzvü olduğumuz NATO-nu yaradılmasının 75-ci ildönümü münasibətilə təbrik edirik. Ölkəmiz Alyansa daxil olduğu 1952-ci ildən indiyə kimi üzərinə düşən bütün vəzifə və missiyaları bundan sonra da uğurla yerinə yetirəcək, NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcəkdir", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, NATO Xarici İşlər Nazirlərinin Toplantısı aprelin 3-4-də alyansın Brüsseldəki mənzil-qərargahında keçirilib. Bu gün NATO-nun yaranmasının 75-ci ildönümü olduğu üçün bayram mərasimi də keçiriləcək. İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.

İyulun 9-11-də Vaşinqtonda NATO liderləri səviyyəsində sammit keçiriləcək. Brüsseldəki toplantıda terrorizmlə mübarizə, Ukraynada baş verənlər, Vaşinqton Sammitinə hazırlıq, İsveç və Finlandiyanın üzvlüyündən sonra alyansın hazırkı vəziyyəti, digər regionlardakı strateji inkişaflar müzakirə olunacaq.

X: Lamanasadli01