Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardım 42 min tona çatıb

Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardım 42 min tona çatıb

Bakı. TurkicWorld:

Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımı 42 min tona çatıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X sosial media hesabında paylaşım edib.

"Qəzzaya ən çox yardım edən ikinci ölkə olan Türkiyə ümumi yardımın 23%-ni təmin edir. Bundan əlavə, ölkəmiz tərəfindən hər həftə Misirdən Qəzzaya orta hesabla 127 ton içməli su çatdırılır. Türkiyədə 400-dən çox Qəzzalı xəstə və yaralının müalicəsi davam edir. Türkiyə hər zaman Qəzzalı və Fələstinlilərin yanında olacaq", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01