Türkiyədə 70 FETÖ terroçusu saxlanılıb

Türkiyədə 70 FETÖ terroçusu saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin 20 vilayətində son bir həftədə FETÖ terror təşkilatına qarşı keçirilən KISKAÇ-11 əməliyyatlarında 70 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar müsadirə edilib.

"Türkiyənin terrorla mübarizəsi qətiyyətlə davam edir və edəcək", - deyə məlumatda vurğulanıb.

X: Lamanasadli01