Türkiyənin səkkizinci humanitar yardım gəmisi Qəzzaya göndərilir

Türkiyənin səkkizinci humanitar yardım gəmisi Qəzzaya göndərilir

Bakı, TurkicWorld:

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hazırladığı səkkizinci humanitar yardım gəmisi bu gün Türkiyə vaxtı ilə saat 13.00-da Mersin Limanından Qəzzaya göndəriləcək.

TurkicWorldxəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Məlumatda bildirilib ki, Türkiyə İsrailin hücumlarının hədəfi olan Qəzza zolağında mülki şəxslərə humanitar yardım çatdırmağa davam edir.

Yardım gəmisi ilə Qəzza zolağındakı Fələstin xalqına cəmi iki min 960 ton ağırlığında 125 min ərzaq bağlaması göndəriləcək.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 32 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.