İspaniya XİN rəhbəri Türkiyəyə səfər edəcək

İspaniya XİN rəhbəri Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı işləri və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno 20-21 mart tarixlərində Türkiyəyə səfər edəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.

“İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno 20-21 mart 2024-cü il tarixlərində ölkəmizdə rəsmi səfərdə olacaq. Görüşlərdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri, cari regional və qlobal hadisələr də müzakirə olunacaq”, - deyə açıqlamada bildirib.

Hafiz Rufizoğlu