Zəlzələ bölgələri  üçün 1 trilyon 28 milyard vəsait ayrılıb - Yılmaz

Zəlzələ bölgələri  üçün 1 trilyon 28 milyard vəsait ayrılıb - Yılmaz

Bakı. TurkicWorld:

Zəlzələ bölgələri üçün 1 trilyon 28 milyard vəsait ayrılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

“İndiyədək zəlzələdən zərər çəkənlər üçün 46 minə yaxın ev təhvil vermişik. Bu ilin büdcəsində təkcə mərkəzi idarədən 1 trilyon 28 milyard lirə ayırdıq. İlk növbədə daimi evlər tikirik, hüquqlar müəyyənləşdirilib, indi daimi evlərimizi bitirib qanuni sahiblərinə təhvil veririk.” - deyə Yılmaz qeyd edib.

O bildirib ki, hər ay 15-20 min evi təhvil verməklə, ilin sonuna qədər 200 minə yaxın evi qanuni sahiblərinə təhvil vermiş olacağıq.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Hafiz Rufizoğlu