Türkiyədə 400-ə yaxın mütəşəkkil cinayət qrupu məhv edilib

Türkiyədə 400-ə yaxın mütəşəkkil cinayət qrupu məhv edilib

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayından bu günə qədər İstanbulda 90, Türkiyə daxilində isə 384 mütəşəkkil cinayət qrupları məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, bu müddət ərzində biri bombalı hücum olmaqla səkkiz terror aktının, Türkiyə daxilində isə 125 terror hadisəsinin qarşısı alınıb.

"1 iyun 2023-cü il - 29 fevral 2024-cü il tarixləri arasında İstanbulda PKK terror təşkilatına qarşı 278 əməliyyat keçirilib. Bu əməliyyatlarda 496 nəfər saxlanılıb. Onlardan 118-i həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb”, - deyə o əlavə edib.

Bundan əlavə, FETÖ terror təşkilatına qarşı 151 əməliyyat keçirildiyini bildirən Yerlikaya, əməliyyatlar zamanı 350 şübhəlinin saxlanıldığını, onlardan 55-nin həbs olunduğunu, 90-nın isə məhkəmə nəzarəti altında olduğunu qeyd edib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə 420 mütəşəkkil cinayət qrupu məhv edilib.

X: Lamanasadli01