Səudiyyə Ərəbistanı naziri Ömər Bolatla görüşüb

Səudiyyə Ərəbistanı naziri Ömər Bolatla görüşüb

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanının ticarət naziri Məcid Əl-Kasabi Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu haqda Əl-Kasabi “X” sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Bolat ilə görüş ticarət əlaqələrimizi inkişaf etdirmək və özəl sektorun iki qardaş ölkədə perspektivli imkanlara sərmayə qoymasına imkan verməsi üçün önəmlidir.

Xatırladaq ki, 2023-cü ildə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcmi 6,8 milyard dollara çatıb.