Antalyada tramvay xəttinə ildırım düşüb

Antalyada tramvay xəttinə ildırım düşüb

Bakı. TurkicWorld:

Antalyada tramvay xəttinə ildırım düşüb.

TurkicWorld-un məlumatına görə, hadisə zamanı yaralananlar olmasa da, səfərlərdə ləngimə yaşanıb.

Problemin aradan qaldırılmasından sonra səfərlərin normallaşacağı bildirilib.

Qeyd edək ki, dünən axşam saatlarında Antalyaya güclü yağış yağıb.

Hafiz Rufizoğlu