Türkiyə ilə Slovakiya arasında iqtisadi protokol imzalanıb

Türkiyə ilə Slovakiya arasında iqtisadi protokol imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə-Slovakiya İqtisadiyyat və Ticarət Birgə Komitəsinin (ETOK/JETCO) protokolu imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömər Bolat öz rəsmi X sosial media hesabında bildirib.

"Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ilə birlikdə iştirak etdiyimiz Forumdan sonra ETOK-un Təsis Bəyannaməsini imzaladıq. JETCO bizə hər iki ölkənin biznes icmaları ilə birlikdə işləməyə imkan verəcək, iqtisadi və ticari əlaqələrimizi strateji tərəfdaşlığa çevirəcək", - deyə o əlavə edib.

Bolat onu da qeyd edib ki, protokolun imzalanması Türkiyə ilə Slovakiya arasında iqtisadi və ticari əlaqələri dərinləşdirəcək.

"2023-cü ilə qədər Türkiyə ilə Slovakiya iarasında 2,3 milyard dollarlıq ticarət həcmi olub ki, bu da iki ölkə arasındakı ən yüksək rəqəmdir. Slovakiya ilə ikitərəfli əlaqələrimizdə bir çox sektorlarda, xüsusilə avtomobil, innovasiya, informatika və bərpa olunan enerji sahələrində böyük qarşılıqlı potensial mövcuddur", - deyə o vurğulayıb.

X: Lamanasadli01