Qəzzaya yardımların çatdırılmasında Misirlə birlikdə çalışacağıq - Ərdoğan

Qəzzaya yardımların çatdırılmasında Misirlə birlikdə çalışacağıq - Ərdoğan

Bakı. TurkicWorld:

Qəzzaya yardımların çatdırılmasında Misirlə birlikdə çalışacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İsrail Qəzzalıları aclıqdan təslim olmağa məcbur edir. Məqsədimiz ən qısa zamanda atəşkəsin təmin edilməsi və fasiləsiz humanitar yardımın Qəzzaya çatmasını təmin etməkdir. Ramazan ayında Qəzzaya daha çox yardım göstərmək bizim qardaşlıq borcumuzdur", - deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.

X: Lamanasadli01