Türkiyə ilə Macarıstan arasında anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Macarıstan arasında anlaşma memorandumu imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə-Macarıstan İqtisadiyyat və Ticarət Qarışıq Komissiyasının 1-ci Dövr Toplantısı ilə bağlı protokolu Türkiyə Ticarət naziri Ömər Bolat və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto imzalayıblar.

TurkicWorld-un məlumatına görə, Ticarət naziri Bolat, Türkiyə ilə Macarıstan arasında ikitərəfli ticarətin 4 milyard dollara yüksəldiyini və prezident Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən qoyulan illik 6 milyard dollarlıq ticarət hədəfinə qısa zamanda çatılacağını bildirib.

Nazirlikdə keçirilən imzalanma mərasimində Bolat xatırladıb ki, 2023-cü il dekabrın 18-də Budapeştdə keçirilən Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu ölkə ilə strateji tərəfdaşlıq səviyyəsində əlaqələr genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

“Türkiyə-Macarıstan Mədəniyyət İli”nin açılış mərasiminin keçirildiyini bildirən Bolat, 2025-ci ilin iki ölkə liderləri tərəfindən “Birgə Elm və İnnovasiya İli” elan edildiyini qeyd edib.

Ölkələr arasında İqtisadiyyat və Ticarət üzrə Birgə Komissiyanın 2022-ci ildə yaradıldığını vurğulayan Bolat, əlavə edib ki, məqsədimiz iqtisadi sərmayə və ticarət əlaqələrimizi daha da dərinləşdirmək və inkişaf etdirməkdir. Bu mənada müzakirə ediləcək və qərara alınacaq mexanizmlər müəyyən ediləcək.

Bolat, imzalanan anlaşma memorandumunun ikitərəfli əlaqələrdən qarşılıqlı sərmayələrə, texnologiyadan enerji sahəsinə, ticarətdən sənayeyə və özəl sektorlar arasında əməkdaşlığa qədər bir çox mövzunun yer aldığını bildirib.

Sözügedən görüşün Macarıstanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına inandığını bildirən Bolat qeyd edib ki, biz Macarıstanla əməkdaşlıq memorandumunda yer alan əməkdaşlıq məsələləri ilə bağlı atılacaq konkret addımları mütəmadi olaraq izləyəcəyik.

"Yaxın vaxtlarda iki ölkə arasında hava daşımalarında tezliklərin artırılması istiqamətində müsbət irəliləyişlərin şahidi olacağıq. Bu mənada, qarşıdakı dövrdə biz iki tərəf olaraq qarşılıqlı iqtisadi əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq üçün çalışacağıq",- deyə Bolat əlavə edib.