Qara dənizdə mina təhlükəsinə qarşı əməkdaşlıq başladıldı - Güler

Qara dənizdə mina təhlükəsinə qarşı əməkdaşlıq başladıldı - Güler

Bakı. TurkicWorld:

Qara dənizdə mina təhlükəsinə qarşı əməkdaşlıq başladıldı.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler deyib.

“Qara dənizdə sülhün və sabitliyin bərpasının bütün dünya, xüsusilə də sahilyanı dövlətlər üçün vacibdir. Türkiyə olaraq Qara dənizdə tarazlığı təmin edən Montrö Boğazları Konvensiyasını diqqətlə, məsuliyyətli və qərəzsiz şəkildə həyata keçiririk və həyata keçirməkdə qərarlıyıq.” – deyə nazir bildirib.

Yaşar Güler bildirlib ki, bu məsələ üçün “Üçlü Təşəbbüs” başladılıb.

“Qara dənizdə mina təhlükəsinə qarşı Türkiyə, Bolqarıstan və Rumıniyanın da daxil olduğu ölkəmizin liderliyi ilə “Üçlü Təşəbbüs” başlatdıq” - deyə o bildirib.

Hafiz Rufizoğlu