Aİ Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir - Ərdoğan

Aİ Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir - Ərdoğan

Bakı. TurkicWorld:

Avropa İttifaqı bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Türkiyənin strateji və iqtisadi potensialının yüksək olmasına baxmayaraq, illərdir müxtəlif bəhanələrlə üzvlük prosesimiz təxirə salınır. Son illərdə Türkiyənin nə qədər güclü bir ölkə olduğu bir daha sübut etdik. Macarıstanın sədrliyi dövründə Türkiyənin Aİ-yə üzvlüyü məsələsi çox fərqli şəkildə müzakirə oluna və buna uyğun olaraq yeni addım atıla bilər", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 dekabr tarixində Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.

X: Lamanasadli01