“Ortamüddətli proqram" Türkiyəyə beynəlxalq investisiyaların artırılmasına mühüm töhfələr verəcək - Mehmet Şimşek

“Ortamüddətli proqram" Türkiyəyə beynəlxalq investisiyaların artırılmasına mühüm töhfələr verəcək - Mehmet Şimşek

Bakı. TurkicWorld:

“Ortamüddətli proqram" Türkiyə investisiyasının canlanmasına və beynəlxalq investisiyaların artırılmasına mühüm töhfələr verəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək deyib.

“İspaniyada beynəlxalq investor görüşlərimiz davam edir. Dünyanın aparıcı maliyyə qurumlarından biri olan BBVA-nın ev sahibliyi etdiyi, dəyəri 2 trilyon dollar olan qlobal nüfuzlu İspaniya şirkətlərinin və maliyyə sektorunun rəhbərləri ilə görüşlərimiz çox məhsuldar keçdi. Rabitə, maliyyə, enerji, səhiyyə, turizm, avtomobil və tekstil sektorlarından olan investorlar Türkiyənin böyümə potensialına və təklif etdiyi imkanlara böyük maraqla yanaşırlar",- deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyənin İspaniya ilə xarici ticarət həcmi 16 milyard dollar həcmindədir. Türkiyədə 700-dən çox ispan şirkəti fəaliyyət göstərir. Türkiyənin Aİ-yə üzvlük prosesini dəstəkləyən ölkələr arasında İspaniya da var.

Aytac Süleymanova

Twitter: a_alieva_