Qırğızıstanın Ankaradakı səfiri Kazakbayev Türkiyəni “lider ölkə” kimi qiymətləndirib

Qırğızıstanın Ankaradakı səfiri Kazakbayev Türkiyəni “lider ölkə” kimi qiymətləndirib

Bakı. TurkicWorld:

Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakbayev Türkiyəni “lider ölkə” kimi qiymətləndirib.

TurkicWorld-un məlumatına görə, Kazakbayev, Türkiyənin 100 illik müddətdə "böyük uğur və zəfərlər" əldə etdiyini qeyd edib.

"Bu 100 illik müddətdə qardaş Türkiyə böyük sınaqlarla üzləşdi, amma Türkiyə o sınaqlarda böyük zəfərlər qazandı. Təkcə Yaxın Şərqdə və regionda deyil, həm də dünya miqyasında o, texnologiya, iqtisadiyyat, geosiyasət, siyasət və mədəniyyət sahələrində parlaq lider ölkə statusuna sahibdir",- deyə səfir bildirib.

Kazakbayev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) çox əhəmiyyətlidir və təşkilatın gələcəyinin "çox parlaq" olmasını arzulayıram.

"Türkiyə dünya miqyasında "aparıcı ölkələrdən biri"dir. Rusiya-Ukrayna müharibəsində ilk dövlətlərdən biri olaraq vasitəçilik üçün böyük təkliflər edib. İsrail-Fələstin müharibəsində Türkiyə oradakı müharibənin ədalətli olmasını və sülhün tezliklə oraya gəlməsini istəyən ölkədir. Biz bununla fəxr edirik”,- deyə Ruslan Kazakbayev əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_